Sumqayıtda "Tufan" olacaq

“Sumqayıt”ın əvəzedici komandası I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir.

Sportline.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri ötən həftədən etibarən hər gün saat 12:00-da “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqlərini keçirir.

“Sumqayıt-2” sabah hazırlıq dönəmində ilk yoxlama oyununu keçirəcək. Komanda “Tufan”ın 19 yaşadək futbolçularından ibarət heyəti ilə qarşılaşacaq. Oyun saat 12:00-da “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçiriləcək.