"Sumqayıt"dakı stadiondan son xəbər

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda söküntü işləri bitib.

Sportline.az xəbər verir ki, stadionda yenidənqurma işlərinə başlanılıb. "Sumqayıt"ın sosial şəbəkə hesabı görülən işlərin son videosunu paylaşıb.

Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmiri ilə bağlı sərəncam imzalayıb. Stadionunun yenidən qurulması məqsədilə prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.