"Sumqayıt"ın daha bir rəqibi müəyyənləşdi

"Sumqayıt"ın Antalya toplanışı çərçivəsində daha bir rəqibi məlum olub.

Sportline.az xəbər verir ki, Ayxan Abbasovun komandası Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşacaq. Bu barədə Karaqanda klubunun saytı məlumat yayıb. Görüş yanvarın 25-nə nəzərdə tutulub.

Qeyd edək ki, "Sumqayıt" Antalyada daha 3 yoxlama görüşü keçirəcək. “Kimyaçılar” yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.