"Sumqayıt"ın oyununun vaxtı bilindi

Mövsümün ikinci yarısı üçün Antalyada hazırlıqlarını davam etdirən “Sumqayıt” yanvarın 18-də növbəti yoxlama oyununu keçirəcək. Sportline.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi “Politexnika İaşi” ilə üz-üzə gələcək.

Rumıniya klubu ilə oyunun yeri və vaxtı atıq müəyyənləşib. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" Antalyadakı ilk matçında "Kaposvar"a (Macarıstan) 3:4 hesabı ilə uduzub.