Superliqa klubunda baş məşqçi istefası

“Yukatel Denizlispor” baş məşqçisi Mehmet Özdileklə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bu barədə qərar superliqanın 22-ci turunda “Kayserispor”a məğlubiyyətdən (0:1) sonra verilib.

Qeyd edək ki, “Yukatel Denizlispor” hazırda 24 xalla 11-ci yerdədir.

M.Özdilek komandaya ötən ilin oktyabrında baş məşqçi təyin olunmuşdu. Beləliklə, onun bu klubda fəaliyyəti cəmi 4 ay çəkib.