Superliqa klubunda yeni baş məşqçi

"Qaziantep"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini Rikardu Sa Pintu çalışdıracaq. 49 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Portuqaliyalı çalışdırıcı indiyədək ölkəsində "Sportinq" və "Braqa" klublarına baş məşqçilik edib. O, Serbiyada "Srvena Zvezda", Belçikada "Standard" və Polşada "Legiya" kimi komandalarda da işləyib.

Əlavə edək ki “Qaziantep” bundan əvvəlki baş məşqçisi Marius Sumudikanı bir neçə gün əvvəl istefaya göndərib.