Superliqa klubunda yeni prezident

“Antalyaspor”un yeni prezidentinin adı məlum olub.
 
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bundan sonra Super Liqa klubuna Mustafa Yılmaz rəhbərlik edəcək. Xəbərdə Mustafa Yılmazın qarşıdakı üç il ərzində “Antalyaspor”un prezidenti kimi çalışacağı qeyd olunub.

Xatırladaq ki, “Antalyaspor”un bundan əvvəlki prezidenti Ali Şafak Öztürk yanvarın ortalarında istefa vermişdi. O, 2016-cı ildən Antalya təmsilçisinə rəhbərlik edirdi.