Tanınmış mütəxəssis millimizi çalışdıra bilər

Qazaxıstanın "Astana" klubundan ayrılan Roman Qriqorçuk Azərbaycan millisini çalışdıra bilər.

Sportline.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis AFFA ilə danışıqlar aparır.

Qeyd edək ki, 2018-ci ilin yayından "Astana"da işləyən Qriqorçuk bu ay klubdan ayrılıb.
 
O, 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub və ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.