Tbilisidə dünya ulduzlarının futbol şousu

Gürcüstan paytaxtında keçirilən xeyriyyə matçı böyük maraq doğurub. Sportline.az xəbər verir ki, Gürcüstan millisi və  "Milan"ın sabiq müdafiəçisi Kaxa Kaladzenin təşkilatçılığı ilə keçirilən oyunda Rivaldo, Luka Toni, Xavyer Zanetti, Andrey Şevçenko, Françesko Totti, Ernan Krespo, Kevin Kurani, Alessandro Kostakurta, Kafu kimi məşhurların meydana çıxdığı görüş dünya seçməsinin 6:5 hesablı qələbəsi ilə  yekunlaşıb. Əldə olunan gəlir bu yay güclü yanğınlardan zərər çəkmiş Borjomi meşələrinin bərpası üçün sərf ediləcək.