TBL-da bu gün final seriyasının 3-cü oyunu keçiriləcək

Türkiyə Basketbol Liqasında final həyəcanı davam edir.

Sportline.az xəbər verir ki, "Fənərbağça" final seriyasının 3-cü oyununda "Anadolu Efes"i qəbul edəcək.

2 oyundan sonra seriayda vəziyyət 2-0 hesabı ilə "sarı-lacivərtlilər"in xeyrinədir.

"Ülker Sports Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə 21:30-da başlanacaq.

Qeyd edək ki, seriyada 3 qələbəyə çatan komanda 2023/2024 mövsümünün qalibi olacaq.