Teymur Rəcəbovun rəqibi bəlli oldu
Dünya şahmat tacı uğrunda çempion Maqnus Karlsen ilə qarşılaşacaq idmançının müəyyənləşdirilməsi üçün keçiriləcək iddiaçılar turnirinin püşkü atılıb.
Sportline.az xəbər verir ki, Moskvada keçirilən püşkün nəticələrinə əsasən, turnirin birinci turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibi Fabiano Karuana (ABŞ) olacaq.
İddiaçılar turniri martın 15-dən aprelin 5-dək Yekaterinburq şəhərində keçiriləcək.
Qeyd edək ki, T.Rəcəbov FİDE-nin son reytinqində 10-cu (2765), F.Karuana (2842) isə 2-ci pillədə qərarlaşıb.