Tokio 2020: Milli komanda karantinə alındı

Avstraliyanın atletika üzrə milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında karantina alınıb.

Sportline.az ölkənin Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, onlar koronavirusa yoluxmuş idmançı ilə təmasda olduqları üçün təcrid edilib.

ABŞ-ın şüvüllə tullanma üzrə çempionu Sam Kendrixdə infeksiya aşkarlanıb. Avstraliyalı Kurtis Marşall onunla birlikdə məşq edib. Beləliklə, karantində olan 63 idmançı koronavirus testindən keçəcək.