"Tottenhem"in Son zədəsi

Premyer Liqanın 26-cı turunda "Aston Villa" ilə matçda zədələnən "Tottenhem"in hücumçusu Son Hın-Min əməliyyat olunacaq.

Sportline.az xəbər verir ki, cənubi koreyalı futbolçu sağ əlindəki sınığa görə bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Son Çempionlar Liqasının 1/8 finalında "Leyptsiq"lə matçda meydana çıxmayacaq.

27 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 21 oyunda 9 qol vurub, 7 assist edib.