"Turan Tovuz"un futbolçusu "Karvan"da

Yeni mövsümə hazlırlaşan "Karvan" heyətinə yeni oyunçu cəlb edib.

Sportline.az xəbər verir ki, Yevlax təmsilçisi "Turan Tovuz"dan ayrılan müdafiəçi ilə ortaq məxrəcə gəlib.

Mövsümlərarası fasilədə "boz qurdlar"la vidalaşan Elton Turabov karyerasını "Karvan"da davam etdirəcək.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi karyerası ərzində Tovuz təmsilçisi ilə yanaşı, "Sabah", "Sumqayıt" kimi klubların formasını geyinib.