Türkiyə - Azərbaycan matçının vaxtı açıqlandı

Azərbaycan və Türkiyə milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün vaxtı məlum olub.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç may ayının 26-da oynanılacaq. Qarşılaşma Antalyada keçiriləcək.

Qeyd edək ki, bundan başqa, yığmamız  martın 26-da Lixtenşteyn, 30-da isə Malta ilə yoldaşlıq oyunu keçirəcək.