Türkiyə futbolunda növbəti istefa

Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi Hamza Hamzaoğlu ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə Hamza Hamzaoğlu və onun köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Onlara xidmətlərinə görə təşəkkür edilib, karyeralarında uğurlar arzulanıb.

Xatırladaq ki, Hamza Hamzaoğlu ötən ilin avqustundan “Yeni Malatyaspor”a rəhbərlik edirdi. Bu mövsüm keçirdiyi 25 oyunda 30 xal toplamış komanda Super Liqada 21 kollektiv arasında 13-cü sırada qərarlaşıb.