Türkiyə klubu bu mövsüm 3-cü baş məşqçi ilə vidalaşdı
Türkiyənin "Kasımpaşa" futbol komandasının baş məşqçisi Fuat Çapa istefaya göndərilib.
Sportline.az xəbər verir ki, 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu, cari mövsüm Superliqa təmsilçisində 3-cü baş məşqçi istefasıdır. Klub daha əvvəl Mehmet Altıparmak və İrfan Buzla vidalaşıb.
Qeyd edək ki, "Kasımpaşa" hazırda 31 xalla 15-ci pillədə qərarlaşıb.