Türkiyə klubu Silas Melsonu heyətinə qatıb

Türkiyə basketbol komandalarından "Darüşşafaka" ABŞ-li basketbolçu Silas Melsonla razılıq əldə edib.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı basketbolçu ötən mövsümü Almaniyanın "Luvisburq" klubunda keçirib.

Qeyd edək ki, təcrübəli basketbolçu daha əvvəl Türkiyədə "Petkimspor" klubunun şərəfini qoruyub.