Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, Superliqa təmsilçisini Bülənt Uyğun çalışdıracaq.

Klubun vitse-prezidenti Kaan Şanlıkan  yerli mətbuata müsahibəsində Uyğunla danışıqların müsbət nəticələndiyini və yaxın günlərdə onunla müqavilə imzalanacağını açıqlayıb.

Bülənt Uyğun bu vəzifədə istefaya göndərilən Mehmet Özdileki əvəzləyəcək.

Qeyd edək ki, 48 yaşlı mütəxəssisin son iş yeri “Kayserispor” olub.