Türkiyəli futbolçudan şad xəbər
"Milan"ın futbolçusu Hakan Çalhanoğlu koronavirusdan sağalıb.
Sportline.az xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" hesabında yazıb: "Mən qayıtdım".
Türk yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra komanda ilə ümumi məşqlərə qayıda biləcək.
Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm A seriyasında çıxdığı 17 oyunda 6 qol ötürməsi verib.