Turun ən yaxşısı açıqlandı

Premyer Liqanın 15-ci turunun ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, bu, “Keşlə”nin müdafiəçisi Miyusko Boyoviçdir.

Monteneqrolu futbolçu “Qəbələ”yə qarşı görüşü (2:1) əvəz edilmədən keçirib və bir qolla yadda qalıb.