Turun rəmzi komandası

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun rəmzi komandası və futbolçusu bəlli olub.

Sportline.az xəbər verir ki, “InStat”ın təhlili əsasında “11-liy”ə "Qarabağ"dan 6, "Neftçi"dən 3, "Səbail"dən isə 2 futbolçu düşüb. "Qarabağ"ın müdafiəçisi Ailton Silva simvolik heyətə 6-cı, "Səbail"dən Ürfan Abbasov isə ilk dəfə düşüb.  

Həftənin oyunçusu adına isə "Qarabağ"dan Abdullah Zubir layiq görülüb. 

Qapıçı: Şahruddin Məhəmmədəliyev – 255 (“Qarabağ”)

Müdafiəçilər: Ailton Silva - 322 (“Qarabağ”) - 6, Anton Krivotsyuk – 313 (“Neftçi”) - 4, Bədavi Hüseynov - 334 (“Qarabağ”) - 3, Urfan Abbasov - 244 (“Səbail”)

Yarımmüdafiəçilər: Stiven Monroz – 279 (“Neftçi”) - 5, Emin Mahmudov - 296 (“Neftçi”) - 2, Abdulla Zubir - 349 (“Qarabağ”) - 4, Xayme Romero – 303 (“Qarabağ”) - 4

Hücumçular: Mahir Emreli - 320 (“Qarabağ”) - 4, Rauf Əliyev – 288 (“Səbail”) - 2

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.