Turun son matçında 2 qol

Türkiyə Superliqasında 26-cı tura yekun vurulub.
 
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə bir matç keçirilib.
 
Turun son görüşündə “Ankaragücü” doğma meydanda “Rizəspor”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

"Ankaragücü" – "Rizəspor" - 1:1
Qollar:
  Donsah, 3 (0:1), Boerven, 45+2 (1:1)

Bu nəticədən sonra "Rizəspor" 27 xalla 15-ci, "Ankaragücü" 20 xalla 20-cidir. Turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir. "Beşiktaş" 51 xalla 2-ci, "Fənərbaxça" eyni xalla 3-cüdür.