Tuxel "qırmızı şeytan" ola bilər

"Mançester Yunayted" PSJ-nin çalışdırıcısı Tomas Tuxeli baş məşqçi postuna gətirmək istəyir.

Sportline.az "Daily Express"ə istinadən xəbər verir ki, Ole Qunnar Sulşayerlə yollarını ayırmaq istəyən "qırmızı şeytanlar" alman mütəxəssisə uzun müddəti əhatə edəcək sərfəli müqavilə təklif edəcək.

46 yaşlı mütəxəssis PSJ-yə gəlməmişdən öncə Dortmund "Borussiya"sı və "Maynts"da çalışıb.