Ulduz basketbolçu "Barselona"nı tərk edib

"Barselona"da çıxış edən serbiyalı basketbolçu Nikola Kaliniç komandadan ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat verib.

Katalon klubu "X" hesabından etdiyi paylaşımda 32 yaşlı oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Kaliniç ötən mövsüm "Barselona" ilə Avroliqada 7.3 xal, 3.8 ribaund və 2.4 asist ortalamsı ilə çıxış edib.

Qeyd edək ki, Nikola Kaliniç karyerasını ölkəsinin "Srvena Zvezda" klubunda davam etdirəcək.