Valverde: “Mənim ən böyük səhvim məktəbi yarıda qoymaq idi”
“Real Madrid”in uruqvaylı futbolçusu Federiko Valverde maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, Valverde jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib;
“Mənim ən böyük səhvim məktəbi yarıda qoymaq idi. Oxumaq istəyirdim lakin futbola görə yarıda qoymaq məcburiyyətində qaldım. Təhsil almaq üçün alışıb yanırdım”, - deyə Federiko Valverde bildirib.
Qeyd edək ki, Federiko Valverde bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 3 qol və 2 asistlə yadda qalıb.