Valverde: “Yenidən geri dönəcəyik”

“Real Madrid”in uruqvaylı futbolçusu Federiko Valverde öz şəxsi “instaqram” hesabında maraqlı paylaşım edib.

Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu komandanın yenidən qələbələr qazanacağına inandığını qeyd edib.

“Yenidən geri dönəcəyik. Bundan heç kimin şübhəsi olmasın. Biz “Real Madrid”ik. Dünya tarixinin ən böyük komandasından söhbət gedirsə, deməli hər zaman qələbələr qazana bilərik”, - deyə F.Valverde bildirib.

Qeyd edək ki, Valverde bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 3 qol və 2 asistlə yadda qalıb.