Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib
Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kurslara yekun vurulub.
Sportline.az xəbər verir ki, Respublika Velotrekində baş tutan bağlanış mərasimində qurumun vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin prezidenti Mədət Quliyev iştirak edib.
Ümumilikdə gender bərabərliyi gözlənilmək şərti ilə 18 nəfərin qatıldığı nəzəriyyə və təcrübədən ibarət olan kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
MOK-un təşkilatçılığı və IOC-un dəstəyi ilə velosiped idman növü üzrə 4-cü dəfədir ki, texniki kurslar baş tutur. Bunlardan ikisi "Level 1", ikisi isə "Level 2" kursları olub. Gender bərabərliyi gözlənilmək şərti ilə ümumilikdə 80 məşqçi burada iştirak edib.
Qeyd edək ki, velosiped idmanı üzrə təşkil olunan beynəlxalq səviyyəli "Level 1" texniki kursu beynəlxalq dərəcəli ekspert, federasiyanın baş katibi Elnarə Musayeva aparıb.