Vinisiusun bədxaxları saxlanılıb

"Real"ın hücumçusu Vinisius Juniora qarşı irqçi əməllərdə şübhəli bilinən şəxslər saxlanılıb.

Sportline.az xəbər verir ki, bu haqda İspaniya polisinin sosial şəbəkə hesablarında məlumat yayılıb.

Onlar La Liqa rəhbərliyinin şikayətinə əsasən axtarışda idilər.

Məlumatda bildirilir ki, həmin şəxslər "Atletiko" fanatlarını stadiona rasist şüarlar səsləndirməyə çağırıblar.

Qeyd edək ki, "Atletiko" ilə "Real" sentyabrın 29-da Madrid derbisində üz-üzə gəlmişdilər. 

Həmin oyunda Vinisius irqçi şüarlara məruz qalmışdı.