Xavi Simons İngiltərə klubunun təklifini qəbul etməyib
"Nyukasl Yunayted" "Leipziq"in niderlandlı futbolçusu Xavi Simons üçün təklif göndərib.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu təklifi qəbul etməyib.
Simonsun dəyəri "Transfermarkt" portalına görə, 70 milyon avrodur.
O, bu mövsüm meydana çıxdığı 33 matçda 11 qol 8 məhsuldar ötürmə müəllifi olub.