Yenə İnyesta, yenə kubok

Andres İnyestanın çıxış etdiyi "Vissel Kobe" Yaponiya Superkuboku matçında "Yokohama" ilə qarşılaşıb.

Sportline.az xarici xəbər verir ki, oyunun əsas və əlavə olunmuş vaxtında qalib müəyyənləşməyib- 3:3. Komandalar mübarizəni penaltilər seriyasında davam etdiriblər. Kobe təmsilçisi 3:2 hesabı ilə "Yokohama"nı üstələyərək kubokun sahibi olub.

Andres İnyesta isə matça start heyətdə çıxaraq oyunun sonunadək meydanda olub. 35 yaşlı müdafiəçi bu qələbə ilə karyerasındakı 37-ci kuboku qazanıb.

Qeyd edək ki, A.İnyesta 2018-ci ildən "Vissel Kobe"də çıxış edir.