Yenə Klopp, yenə mükafat

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, azarkeşlərin, Premyer Liqa klublarının kapitanlarının və mütəxəssislərin ortaq rəyi əsasında “Liverpul”un çalışdırıcı Yurgen Klopp ən yaxşı məşqçi adına layiq görülüb.

"Liverpul" ötən ay Premyer Liqada 5 oyun keçirib və hamısında qalib gəlib.