Yeni klubu Fərid Nəbiyevi təqdim etdi

U-21 yığmamızın üzvü Fərid Nəbiyevin "Viktoriya Jijkov"a keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki,  "Qəbələ"nin yetirməsi Çexiyanın 2-ci Liqa təmsiçisi ilə 2,5 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı hücumçu Çexiyanın digər klubu "Slaviya"dan Jijkov təmsilçisinə keçib.

Qeyd edək ki, “Viktoriya Jijkov" ikinci liqada 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.