Yeni transfer komandamıza qələbə qazandırdı

Antalyadakı təlim-məşq toplanışına yekun vurmağa hazırlaşan "Səbail" bu gün son yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın "Korona" komandası ilə qarşılaşıb. Görüş "Səbail"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90-cı dəqiqədə "Səbail"in yeni transferi Hendrik Ekşteyn vurub.

Qeyd edək ki, "Səbail" bunadək 3 yoxlama oyunu keçirib. Aftandil Hacıyevin kollektivi Qazaxıstanın "Jetisu" komandasına 0:1, Ukrayna "Olimpik"inə isə 1:3 hesabı ilə məğlub olub. Komanda Rumınyanın "Voluntari"si ilə isə 2:2 hesablı heç-heçə edib.