"Yuventus" gözünü kanadalı futbolçuya dikib
"Lill"dən azad agent kimi ayrılan kanadalı futbolçu Conatan Deyvid karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Yuventus" Deyvidi heyətinə qatmaq üçün hərəkətə keçib.
25 yaşlı forvardın dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Deyvid karyerası ərzində çıxış etdiyi 315 matçda 146 qol 45 məhsuldar ötürmə müəllifi olub.