"Yuventus" hücumçusu ilə vidalaşdı

"Yuventus" hücumçusu Han Kvanq-Sonqu Qətərin “Əl Duhail” klubuna satıb.

Sportline.az xəbər verir ki, 21 yaşlı hücumçunun keçidi Qətər təmsilçisinə 5 milyon avroya başa gəlib. 

Şimali Koreya millisinin üzvü 2019-cu ildə "Kalyari"dən Turin klubuna keçmişdi.

“Əl Duhail” daha əvvəl “Yuventus”dan Mario Mancukiçi transfer etmişdi.