"Yuventus" ingiltərəli futbolçu üçün hərəkətə keçib

"Yuventus" klubu bu yay heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sanço Turin klubun əsas transfer hədəfinə çevrilib.

Sanço üçün "Mançester Yunayted" 25 milyon avro tələb edir. O, ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.

Qeyd edək ki, 25 yaşlı futbolçu "Yuventus"a keçməyə razılıq verib. Tərəflər arasında danışıqlar davam edir.