"Yuventus" "İnter"in futbolçusunu transfer etmək istəyir
"İnter"in fransalı futbolçusu Markus Turam "Yuventus"un maraq dairəsinə düşüb.
Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin klubu futbolçunun meneceri ilə danışıqlara başlayıb.
27 yaşlı forvardın transfer qiyməti 75 milyon avrodur.
Qeyd edək ki, Turam bu mövsüm meydana çıxdığı 50 matçda 18 qol 7 məhsuldar ötürmə müəllifi olub.