Zaniolo “Qalatasaray”dan ayrılıb
Nikolo Zaniolo “Qalatasaray”dan ayrılmağa hazırlaşır: “Torino” və La Liqa klubları gündəmdə!
Sportline.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi Nikolo Zaniolo bu yay “Qalatasaray”dan yenidən ayrılmağa yaxındır.
Tanınmış transfer eksperti Nikolo Şiranın verdiyi məlumata görə, Zaniolo A Seriyasına qayıda bilər.
25 yaşlı futbolçu hazırda “Torino”ya icarəyə təklif olunub. Təklifdə satış məcburiyyəti də nəzərdə tutulub.
Lakin məlumatda bildirilir ki, Zaniolo hazırda “Torino” üçün prioritet transfer hədəfi deyil.
Buna baxmayaraq, tərəflər arasında danışıqlar davam edir.