Zeqrova "Lill"dən ayrılmaq niyyətindədir

"Lill"in kosovalı futbolçusu Edon Zeqrova klubdan ayrılmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

26 yaşlı sağ cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.

Qeyd edək ki, Zeqrova ötən mövsümü 21 matçda 8 qol 2 asistlə tamamlayıb.