"Zirə" klubu legioneri ilə vidalaşdı
"Zirə" klubu qış fasiləsində rəsmən ilk futbolçu ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, komanda qarşılıqlı razılıq əsasında Soni Nordeni yola salıb.
31 yaşlı haitili vinger komandaya 2019-cu ilin yayında dəvət olunmuşdu. Qəsəbə klubu onunla 1 illik müqavilə bağlamışdı.
Nordedən başqa, Bəxtiyar Həsənalızadə, Anastasios Papazoqlu, Elvin Məmmədov və Cavid Hüseynovun da "Zirə"dən gedəcəyi gözlənilir.