"Zirə" legioneri ilə yolları ayırdı

"Zirə" klubu, legioneri Robin Nqalande ilə yolları ayırıb. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, malavili hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ona gələcək karyerasında uğurlar arzulanıb. 

Qeyd edək ki, 2019-cu ilin yanvarında "Zirə"yə keçən 28 yaşlı futbolçu 6 ay sonra klubla 2 illik yeni müqavilə imzalayıb. O, cari mövsüm 2-si kubok, 5-i Premyer Liqa olmaqla "Zirə"nin heyətində 7 oyunda meydana çıxıb.