"Zirə" məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Türkiyə I Liqa təmsilçisi “Adana Dəmirspor” klubu ilə qarşılaşıb və 2:3 hesabıyla uduzub.

Yoxlama oyunu

26 iyul

18:00 "Zirə" – "Adana Dəmirspor" - 2:3

"Zirə": 1. Orxan Sadıqlı, 4. Elvin Camalov, 5. Anastasios Papazoqlu, 7. Cavid Hüseynov (k), 11. Soni Norde, 18. Xulio Sezar Rodriqes, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 27. Adrian Skarlatake, 48. Şafik Tiqurca, 70. Nicat Süleymanov.