"Zirə" Serbiya klubunu məğlub etdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqa klublarından "Zirə" sonuncu yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə Serbiyanın "Napredak" klubu ilə üz-üzə gəlib.

Fasiləyə 1:0 hesabı ilə üstün yollanan Zaur Həşimovun rəhbərlik etdiyi komanda ikinci hissədə daha bir qol vurub. Komandanın qollarına Riçard Qazde və David Volkov imza atıb.

Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniyanın "Sepsi" klubuna qalib gəlib - 2:0.