"Zirə" və "Sumqayıt"ın oyunu ləğv edildi

Antalyada təlim-məşq toplanışında olan "Zirə" və "Sumqayıt"ın bu gün keçirilməsi planlaşdırılan yoxlama oyunu ləğv olunub. SportLine.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.

Aramsız yağışlar, eləcə də, tufan xəbərdarlığı oyunların ləğvi ilə nəticələnib.

Qeyd edək ki, "Sumqayıt"ın "Jetısu" ilə matçının sabah keçirilməsi barədə qərar qəbul edilib. Oyunun Bakı vaxtı ilə saat 13:00-da başlanacağı gözlənilir.

"ZİRƏ" "TARAZ"LA ÜZ-ÜZƏ

"SUMQAYIT" "JETISU"YA QARŞI