"Zirə"dən "Sabah"a

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Xulio Rodriqesi sıralarına qatıb. 29 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, X.Rodriqes bunadək "Zirə"də çıxış edirdi. O, bu gün klubla qarşılıqlı razılaşma əsasında sözləşməsinə xitam verib.