"Zirə"nin növbəti rəqibi müəyyənləşdi

Antalya toplanışını başa vuraraq Bakıya qayıdan "Zirə" daha bir yoxlama oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qəsəbə təmsilçisi "Keşlə-2" ilə qarşılaşacaq. Sabah Zirə İdman Kompleksində keçiriləcək matç saat 14:00-da start götürəcək.