Avarçəkmə Federasiyası het-trik etdi

Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən 2023-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirib. 

Sportline.az xəbər verir ki, müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adlarının açıqlandığı tədbirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 3 nominasiya üzrə mükafatçılar sırasında yer alıb. 

AKAF 2023-cü "ilin idman federasiyası" nominasiyasında 3-cü olub. Federasiya tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Prezident Kuboku-2023” reqatası "ilin  idman tədbiri" nominasiyasında mükafat qazanıb. Reqata 2023-cü ilin ikinci ən yaxşı tədbiri seçilib. 
“Prezident kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq avarçəkmə yarışlarının keçirildiyi “Kür” Olimpiya Tədris-İdman Mərkəzi isə 2023-cü ilin ən yaxşı idman qurğusu nominasiyasında birinci yerə layiq görülüb.