Azərbaycan çempionatında VIII turun proqramı

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında VIII turun proqramı bəlli olub.

Azərbaycan Həndbol Federasiyasından Sportline.az-a verilən məlumata görə, qadınların mübarizəsində tur "Bakı" - "Kür" oyunu ilə start götürəcək. Yanvarın 27-də gerçəkləşəcək qarşılaşma saat 10:00-da başlanacaq.

Yanvarın 28-də, saat 10:00-da "İdman Akademiyası" - "Azəryol", 12:00-da isə "Gənclərbirliyi - "Qarabağ" görüşləri olacaq.

Kişilərin yarışında yanvarın 27-də, saat 12:00-da "Təhsil" - "Kür", saat 14:00-da "Qarabağ" - "Azəryol" oyunları baş tutacaq. Növbəti gün isə saat 14:00-da "Dinamo" və "İdman Akademiyası" kollektivləri meydançaya çıxacaqlar.

Bütün matçlar "AHF Arena"da təşkil olunacaq.