Azərbaycan - Oman matçının vaxtı dəyişdirildi

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan və Oman futbol komandaları arasında keçiriləcək final matçının vaxtı dəyişdirilib. SportLine.az xəbər verir ki, mayın 21-inə təyin edilən oyun, nəzərdə tutulduğu kimi, 20:00-da deyil, 21:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal mərhələsində Azərbaycan Əlcəzairi, Oman isə Kamerunu mübarizədən kənarlaşdırıb.